• 05 Mart 2025 00:34

Tramp Zelenskinin zərbələrinə baxmayaraq… – Vitse-prezident

Volodimir Zelenski Ukrayna üzrə sülh sazişinin təfərrüatlarını müzakirə etməkdən imtina etdiyi müddətcə Oval Ofisə qayıda bilməyəcək. 

 

Tacxeber.com xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey-Di Vens deyib.

 

“Siz Oval Ofisə və ya başqa yerə qayıdıb sülh sazişinin təfərrüatlarını müzakirə etməkdən imtina edə bilməzsiniz”, – Vens bildirib.

 

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampla görüşdə Ukrayna prezidenti sülh prosesində iştirak etmək istəmədiyini nümayiş etdirib.

 

Vens qeyd edib ki, Tramp  Zelenskinin zərbələrinə və yalanlarına baxmayaraq, əvvəlcə özünü mehriban aparıb.

 

Vitse-prezident etiraf edib ki, Ukrayna üzrə sülh sazişi heç kimi xoşbəxt etməyəcək və hər bir tərəf güzəştə getməli olacaq.

 

O əlavə edib ki, avropalılar Kiyevi üzdə dəstəkləmələrinə baxmayaraq, Zelenskini münaqişəyə son qoymağın vacibliyinə özəl şəkildə inandırmalıdırlar.

 

Ukraynanın təhlükəsizlik təminatlarından danışan Vens deyib ki, ən yaxşı variant “amerikalılara iqtisadi perspektiv verməkdir”: “Bu, 30 və ya 40 il ərzində döyüşməyən bir ölkədən gələn 20.000 əsgərdən daha yaxşı təminatdır”.

Tacxeber.com

Oxşar xəbərlər