Alman politoqlar: Tramp Putin komandasına keçir
“Sadə dillə desək, ABŞ Prezidenti Donald Tramp Putin komandasına keçir. Əgər avropalılar güclərini birləşdirməsələr, özlərini müdafiə edə bilməsələr və qlobal cənubda yeni tərəfdaşlar axtarmasalar, öz əhəmiyyətlərini itirəcəklər”.
Tacxeber.com xəbər verir ki, bunu Münhendəki Bundesver Universitetinin professor, siyasi ekspert Karlo Masala ABŞ-Avropa münasibətlərini şərh edərkən deyib.
Ekspert hesab edir ki, ABŞ yaxın gələcəkdə Avropa üçün etibarlı dəyərlər və maraqlar tərəfdaşı olmayacaq. “Bu vəziyyətdə Avropa öz gələcəyini müəyyən edən qüvvə olmaq əvəzinə, başqalarının maraqlarının oyun alətinə çevrilə bilər”, – o qeyd edib.
ABŞ-Avropa və ABŞ-Ukrayna münasibətlərinə toxunan digər almaniyalı politoloq Klaudiya Major isə hesab edir ki, bu prosesdə Ukrayna qurban veriləcək.
Onun fikrincə, ABŞ artıq Avropa üçün təhlükəsizlik riskinə çevrilməkdədir.