Fatih Terimin komandasında böhran – Maaş ala bilmirlər
Fatih Terimin baş məşqçisi olduğu Səudiyyə Ərəbistanının “Əl-Şəbab” futbol komandasında böhran yaşanır.
Tacxeber.com xəbər verir ki, futbolçuların 3 aydır maaşlarını ala bilmədikləri və bu səbəbdən rəhbərliyə qarşı narazılıq göstərdikləri bildirilib. Bu vəziyyət nəticəsində komandanın idarə heyətində də bir sıra istefalar baş verib.
Səudiyyə Ərəbistanı mətbuatında yer alan xəbərlərə görə, futbolçular maaşlarının ödənməməsi səbəbindən rəhbərliyə qarşı şikayət ediblər. Bu, komandanın daxilindəki gərginliyi artırıb. Mətbuatın suallarını cavablandırmayan “Əl-Şəbab”ın prezidenti Mohamad Almunajem-in siyasəti də narazılıqlara səbəb olub.
Almunajem-in rəhbərliyindən məmnun olmayan bəzi idarə heyəti üzvləri istefa ərizəsi veriblər.