Millimizin sabiq futbolçusu Moskvada həbs edildi
Azərbaycan milli komandasının sabiq futbolçusu Abdulla Abatsiyev Rusiyanın paytaxtı Moskvada həbs olunub.
Tacxeber.com axar.az-a istinadən xəbər verir ki, buna səbəb 31 yaşlı yarımmüdafiəçinin külli miqdarda dələduzluq işində iştirak etməsi olub.
Bildirilib ki, A.Abatsiyev cinayətkarların 79 yaşlı moskvalı təqaüdçünü 14 milyon rublu təhvil verməyə razı sala bildiyi dələduzluq sxemində kuryer kimi fəaliyyət göstərib.