• 06 Mart 2025 11:35

Rusiya-Ukrayna müharibəsinin bitməsinə mane olan nədir? – İLGİNC FAKTLAR

2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi təkcə bu iki dövlətlərin deyil, eyni zamanda muzdluların da döyüş meydanına çevrilib. 

 

Tacxeber.com “haber7”yə istinadən xəbər verir ki,  ABŞ prezidenti Trampın atəşkəs üçün “sərt güc” tətbiq etməsinin nəticə verməməsinin və Rusiya-Ukrayna müharibəsini bataqlığa çevirən gizli amillərdən biri də muzdlu döyüşçü  bazarıdır. Hər iki tərəfdə savaşan muzdlu döyüşçü amili müharibənin bitməsində əngəl rolunu oynayan faktorlardan biri hesab edilir.

 

Bildirilir ki, xüsusilə kasıb ölkələrdən olan döyüşçülər Ukrayna və Rusiya sıralarına qatılaraq külli miqdarda pul qazanırlar.

 

Qeyd olunur ki, Rusiya-Ukrayna müharibəsi muzdluların ən çox qalib gəldiyi müharibələrdən biri olub.

 

Keçmiş Xüsusi Qüvvələr Komandiri və Strateji Düşüncə İnstitutunun Təhlükəsizlik Koordinatoru, təqaüdçü polkovnik Mithat Işıkın bildirib ki, ön cəbhədə döyüşən muzdluların ayda orta hesabla 3300 dollar qazanır.

 

Ukrayna tərəfində 20 min əcnəbi əsgərin olduğunu qeyd edən Mithat Işık əlavə edib ki, muzdlular  Rusiya tərəfində də döyüşür. Onlar əsasən “Vaqner”in tərkibində olub. Bundan əlavə olaraq Şimali Koreya əsgərləri də Rusiya tərəfində döyüşür.
Ekspert əlavə edib ki, hər iki cəbhədə Argentina, Kuba, Peru, Kolumbiya, Afrika və Asiyanın müxtəlif ölkələrindən olan muzdlu savaşçılar var. Muzdlular  ölkələrindəkindən dəfələrlə artıq qazandıqlarından Rusiya-Ukrayna cəbhəsində döyüşürlər.

 

Ekspert Mithat Işıkın sözlərinə görə, muzdlular döyüş meydanında qısamüddətli həll yolları təklif etsələr də, müharibənin taleyini müəyyən edə bilmirlər.

“Unutmayaq ki, muzdlularla müharibələrdə qalib gəlmək olmaz. Müharibələri vətənləri üçün canlarını fəda etməyə and içmiş əsgərlərdən ibarət ordular qazanır”.

Tacxeber.com

Oxşar xəbərlər