• 06 Mart 2025 22:13

Kvadrokopterlə narkotik keçirtmək cəhdi alınmadı

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

 

Martın 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçik həcmli PUA vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

 

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər