Cənubi Koreyanın keçmiş prezidenti həbsdən azad edildi
Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol həbsdən azad edilib.
Tacxeber.com xəbər verir ki, məhkəmə onun həbsinin götürülməsi barədə vəsatətini təmin edib.
Keçmiş prezident ötən ay Seul Mərkəzi Dairə Məhkəməsinə dekabrın 3-də hərbi vəziyyətin elan edilməsi ilə bağlı ona qarşı irəli sürülən ittihamların qanuniliyinə etirazla bağlı sorğu göndərib. Məhkəmə onun arqumentləri ilə razılaşaraq, sabiq dövlət başçısının azadlığa çıxmasına icazə verib.