Emin Ağalarovdan qaraj paylaşımı: “Maşınıma zərər dəyəndə…” – VİDEO
Xalq artisti Emin Ağalarov sosial şəbəkədə qarajından görüntülər paylaşıb.
Tacxeber.com xəbər verir ki, sənətçi lüks avtomobilindəki zədəni göstərərək bu mövzuda düşüncələrini izləyiciləri ilə bölüşüb.
Emin Ağalarov bildirib ki, ağır qəzalar keçirməsə də, avtomobillə bağlı müəyyən inancları var:
“Əgər maşında cızıq, təkərdə problem və ya diskdə zədə olarsa, buna pis baxmıram. Düşünürəm ki, bu, mənfi enerjinin avtomobilə ötürülməsidir. Nəticədə, bu cür xırda problemlər yaxınlarınızın xəstələnməsindən daha yaxşıdır”.