• 10 Mart 2025 16:44

Konstantinopolda qırğın gedir…

 

Ukraynanın Donetsk vilayətinin Konstantinopol şəhərində şiddətli döyüşlər davam edir. Ərazi Pokrovskın müdafiəsi üçün böyük əhəmiyyət kəsb edir.

 

TSN” kanalı xəbər verir ki, bu barədə mediaya hərbi icmalçı Boqdan Miroşnikov məlumat çatdırıb.

“Konstantinopolda qırğın davam edir. Oradakı taktiki vəziyyət bizim xeyrimizə deyil, amma döyüşçülərimiz əsl əzm və iradə möcüzələri nümayiş etdirirlər!” – müşahidəçi açıqlamasında bildirib.

 

O qeyd edib ki, Ukraynanın dəniz piyadaları, desantları və mexanikləşdirilmiş bölmələri Rusiya işğalçıları qarşısında çox mətin və cəsarətlə dayanırlar.

Miroşnikovun sözlərinə görə, bu sahədə uzun müddət idarəçilikdə xaos hökm sürürdü. İndi bir az düzəltməyə başlayıblar, amma hələ tam deyil. Axı Andreyevkadan gələn rus işğalçıları artıq Alekseyevkanın yanına çatıblar.

“Bu ərazi, o cümlədən Pokrovskın müdafiəsi üçün, eləcə də Volçya və Solena çayları arasındakı ərazi böyük əhəmiyyət kəsb edir”, – deyə icmalçı vurğulayıb. (Moderator)

 

Tacxeber.com

Oxşar xəbərlər