Ronaldo ilə türkiyəli oxşarı arasında maraqlı dialoq – VİDEO
Səudiyyə Ərəbistanı Liqasında “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldonun matçını izləməyə gedən, “Adanalı Ronaldo” kimi tanınan türkiyəli Gökmen Akdoğanla ulduz futbolçu arasında maraqlı dialoq yaşanıb.
Tacxeber.com xəbər verir ki, Ronaldo məşq zamanı oxşarına yaxınlaşaraq ona deyib:
“Qardaşım, sən mənə oxşamırsan, eybəcərsən”. Gökhan isə futbolçuya “Sən dünyanın ən yaxşısısan” – deyə cavab verib.
Qeyd edək ki, sözügedən matçda “Əl-Nəsr” türkiyəli məşhur mütəxəssis Fatih Terimin çalışdırdığı “Əl-Şəbaba”la qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb.