• 10 Mart 2025 20:09

“Rusiyanın məqsədi dünya imkan verdikcə Ukraynanı məhv etməkdir” – Zelenski

“Ukrayna müharibənin ilk saniyəsindən etibarən sülhə can atır, masada tamamilə realist təkliflər var…”

 

Rusiya adlı təcacüzkar ölkənin rəhbərliyi yalnız Ukraynaya daha çox ziyan vurmağın yollarını axtarır, hələ ki, dünya buna mane olmur.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski martın 8-də növbəti müraciətində bəyan edib. Məlumatı “gordonua.com” nəşri yayıb.

 

“Rusiya hər gün qəddarlığı ilə sübut edir ki, Moskva üçün heç nə dəyişməyib. Onlar müharibəni bitirmək haqqında yox, daha çox məhv etmək və ələ keçirmək barədə düşünür, hələ ki, dünya onlara bu müharibəni aparmağa icazə verir”, –

Zelenski bildirib.

 

O, xüsusilə Donetsk vilayətindəki Dobropilye şəhərinə edilən Rusiya hücumlarını qeyd edib.

 

“Bu, ən qəddar hücumlardan biri,  kombinə edilmiş zərbə olub. Hücum xüsusi olaraq maksimal ziyan vurmağa hesablanıb. Raketlər və eyni zamanda “Shahed” PUA-ları şəhərin mərkəzi hissəsinə tuşlanıb. Doqquz yaşayış binası hədəfə alınıb. Hücum zamanı ticarət mərkəzi və mağazalar da zərər çəkib. Təəssüf ki, 11 nəfər həyatını itirib”, – Zelenski bildirib.

 

Prezident əlavə edib ki, işğalçılar Dobropilyeyə təkrar zərbə endirib, bu zaman xilasedicilər artıq hadisə yerində işləyirdilər və onlardan biri həlak olub.

 

“Təbii ki, biz insan həyatını qorumaq üçün əlimizdən gələni edirik. Mən Ukraynanı dəstəkləyən, Rusiyanın bu hücumlarını qınayan və hər şeyi öz adı ilə çağıran bütün liderlərə, tərəfdaş ölkələrin diplomatlarına və ictimai xadimlərə minnətdaram. Əsas odur ki, biz tərəfdaşlarımızla koordinasiyanı davam etdirək ki, müdafiəmiz effektiv işləsin və sülhə doğru irəliləmək üçün bütün mümkün addımları ataq”, – Zelenski bildirib.

Tacxeber.com

Oxşar xəbərlər