“Xaricdə 5-10 azərbaycanlını yığıb tədbir keçirməyin nə mənası var?“ – Deputat
“Ölkədə QHT-lərin inkiaf etməsinə normal, görülən işlərə əhəmiyyətli baxmalıyıq. Amma elə 51 QHT yoxdur ki, Qərbi Azərbaycanla bağlı sanballı layihə ortaya qosyun. Mənim bununla bağlı şübhəm var”.
Tacxeber.com xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin keçirdiyi ictimai dinləmədə parlamentin deputatı Elşad Musayev deyib.
“Vaxtilə Xankəndi məsələsində hamı deyirdi ki, reinteqrasiya olaq, biz dedik ki, onların burada yaşamaq hüququnu özləri əllərindən alıblar, gedirlərsə, getsinlər. Biz haqlı çıxdıq. 20 il əvvəl Qarabağ məsələsini ortaya qoyanda, xülya kimi baxırdılar. Deyirdilər ki, Qəbi Azərbaycan gedib, Qarabağ da getdi. Ona görə də bu məsələri gündəmə gətirməkdən qorxmamalıyıq. Erməni bizim torpağımızı işğal altında saxlayır, yenə iddiaları var, biz isə burada ütülü danışırıq. Xeyr, elə şey yoxdur.