Moskvada hava limanlarının fəaliyyəti dayandırıldı

Ukrayna PUA-larının Moskvaya kütləvi hücumu nəticəsində paytaxtın bütün hava limanlarında məhdudiyyətlər tətbiq edilib.
Tacxeber.com xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako məlumat verib.
Onun sözlərinə görə, Moskvanın Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski Beynəlxalq Hava Limanları təyyarələrin qəbulu və buraxılması üçün müvəqqəti bağlanıb.