• 12 Mart 2025 15:13

52 gündə 4.3 milyon manatlıq müqavilə  – Pullar hara köçürülüb?

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin “Azpetrol LTD”-dən 40 min manatlıq benzin alması barədə məlumat vermişdik.

 

İndi isə nazir Fərid Qayıbovun rəhbərliyi altında 52 gündə qurumun imzaladığı tender müqavilələrini təqdim edirik.

 

Nazirlik tərəfindən ümumilikdə 4.355.049,11 AZN dəyərində  tenderlər həyata keçirilib.

 

Tenderlərin siyahısı təqdim edirik:

 

    “Hovers Group” MMC – Yevlax rayonunda Olimpiya İdman Kompleksinin ərazi daxili drenaj şəbəkəsinin tikinti-quraşdırma işləri – 186.576,14 AZN

 

Qanuni təmsilçi: İlqar Zeynalov Adgözəl oğlu

 

Nizamnamə kapitalı: 345.720 AZN

 

    “M.Z” MMC – “Müasir Azərbaycan Gənci” televiziya layihəsinin 13-cü mövsümünün maliyyə dəstəyi – 422.853 AZN

 

Qanuni təmsilçi: Üzlufət Qasımova Ramazan qızı

 

Nizamnamə kapitalı: 10 AZN

 

    “Azpetrol LTD” MMC – Xidməti minik avtomobilləri üçün Aİ-95 (premium) markalı benzinin satın alınması – 40.480 AZN

 

Qanuni təmsilçi: Məmmədov Ceyhun Əhməd oğlu

 

Nizamnamə kapitalı: 779.106,70 AZN

 

    “Azərbaycan Şahmat Federasiyası” İctimai Birliyi – Şahmat üzrə ölkə çempionatının seçmə və final mərhələlərinin keçirilməsi – 22.000 AZN

 

Prezident: Mahir Məmmədov

 

    “Azərbaycan Badminton Federasiyası” İctimai Birliyi – Badminton üzrə “2025 European Mixed Team Championships” yarışının keçirilməsi – 26.550 AZN

 

Azərbaycan Badminton Federasiyası” İctimai Birliyi Prezidenti, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru olan Taleh Ziyadovdur.

 

    “Hovers Group” MMC – Yevlax rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin davamı – 3.656.589,97 AZN

 

Xüsusilə “M.Z” MMC-nin cəmi 10 AZN nizamnamə kapitalı ilə yarım milyona yaxın məbləğdə tender qazanması şübhələr doğurur. Məsələ ilə bağlı Nazirlikdən rəsmi açıqlama gözlənilir. (32gun.az)

Tacxeber.com

Oxşar xəbərlər