Məcəllə təsdiq olundu: Kimlər pulsuz ev alacaq?
Azərbaycan Prezidenti cənab İlham Əliyev “Mənzil Məcəlləsi”nə olunan dəyişiklikləri təsdiq edib.
Sosial kirayə müqavilələri əsasında qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, qanunvericiliyə əsasən, dövlət dəstəyi ilə bir sıra ailələr və vətəndaşlar pulsuz evə sahib olurlar.
Deputatın sözlərinə görə, mövcud qanunvericiliyə görə şəhid ailələri, müharibə qaziləri, Çernobıl qəzasında əlilliyi olan şəxslər və valdeyinlərini itirmiş vətəndaşlarımıza sosial mənzil fondundan istifadə etmə şəraiti yaradılır.
“Yeni dəyişikliklərə, yaşayış sahəsinə ehtiyacı olan ailələrin uçota alınması, onların sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri ilə təmin edilməsi daxildir. Bu pulsuz mənzillərə əlçatanlığı daha da artıracaq.