Keçmiş prezidentin oğlu və qardaşı vətənə dönsə, həbs olunacaq – Japarov

Qırğızıstanın 2010-cu ildə devrilmiş keçmiş prezidenti Kurmanbek Bakiyevin qohumları vətənə qayıdacağı təqdirdə həbs olunacaqlar.
Tacxeber.com xəbər verir ki, bunu Qırğızıstanın dövlət başçısı Sadır Japarov “Kabar” dövlət informasiya agentliyinə verdiyi müsahibədə deyib.
“Maksim (Kurmanbek Bakiyevin oğlu) və Janış (Kurmanbek Bakiyevin qardaşı) Bakiyevlər ömürlük azadlıqdan məhrum ediliblər. Onlar gəlsələr, dəmir barmaqlılqar arxasına düşəcəklər”, – Japarov bildirib.
Onun sözlərinə görə, keçmiş prezidentin qohumlarına qarşı qəbul olunmuş məhkəmə qərarlarını heç kim dəyişə bilməz.