• 12 Mart 2025 22:31

“Putin heç bir güzəştə getməyəcək və müharibəni davam etdirmək niyyətindədir” – “Bloomberg”

“Putin nə ərazilər, nə sülhməramlılar, nə də Ukraynanın neytrallığı ilə bağlı məsələlərdə güzəştə getmək niyyətində deyil…”

Qərb rəsmilərinin bildirdiyinə görə, Rusiya prezidenti Vladimir Putin danışıqlardan öncə bilərəkdən “maksimalist” tələblər irəli sürüb. Çünki o, bunların ukraynalılar və avropalılar üçün qəbuledilməz olduğunu bilir.

 

Tacxeber.com xəbər verir ki, bu badədə “Bloomberg” agentliyi məlumat yayıb.

 

Məlumatda deyilir ki, Kreml diktatoru Vladimir Putin istənilən halda heç bir güzəştə getməyə hazır olmadığından ukraynalılar üçün qəbuledilməz şərtlər irəli sürüb. Bu da ABŞ prezidenti Donald Trampın sülh sazişi ilə bağlı səylərini çətinləşdirir.

 

“Qərb rəsmiləri bildirib ki, Rusiya prezidenti Vladimir Putin heç bir sülh danışıqları çərçivəsində nə Ukraynanın ərazi məsələlərində, nə sülhməramlılar məsələsində, nə də Ukraynanın neytrallığı ilə bağlı güzəştə getmək niyyətində deyil. Bu isə Donald Trampın münaqişənin etibarlı həlli yolunda səylərini çətinləşdirir,” – nəşr qeyd edir.

 

Məlumata görə, Putin bilərəkdən “maksimalist” tələblər irəli sürüb və o, bunların nə ukraynalılar, nə də avropalılar üçün qəbuledilməz olduğunu anlayır. “Bloomberg”in mənbələri bildirir ki, Rusiya diktatoru mübarizəni davam etdirməyə hazırdır.

 

Nəşr vurğulayır ki, Putinin bu yanaşması onun Ukrayna ilə real və uzunmüddətli sülh razılaşması üzrə danışıqlara ciddi yanaşıb-yanaşmadığını sual altına qoyur.

 

“Bu, həm də Trampın cümə günü Ağ Evdə jurnalistlərə verdiyi bəyanatla ziddiyyət təşkil edir. O, Putinin sülh istədiyini düşündüyünü demyib”, – məqalədə bildirilir.

 

Bundan əlavə, “Bloomberg” Kremlin sözçüsü Dmitri Peskovun fikirlərinə də yer ayırıb. O, Qərb rəsmilərinin Rusiyanın mövqeyi ilə bağlı verdiyi qiymətləndirmələrin “həqiqətə uyğun olmadığını” iddia edib.

 

“Rusiya Ukrayna ətrafında sülh səylərinə açıqdır və biz əslində öz məqsədlərimizə sülh və diplomatik yollarla çatmağı üstün tuturuq,” – Peskov  bildirib. O əlavə edib ki, “əgər bu gün və sabah Ukraynanın danışıqlara hazır olduğu göstərilsə, bu, tamamilə fərqli bir vəziyyət olacaq”.

 

Ukraynadakı müharibə ilə bağlı danışıqlar: son yeniliklər

 

Xəbər verildiyi kimi, martın 11-də çərşənbə axşamı Ciddədə Ukrayna və ABŞ arasında danışıqlar başlayıb. ABŞ tərəfi bu görüşdən istifadə edərək Kiyevin Rusiyaya güzəştə getməyə hazır olub-olmadığını müəyyənləşdirmək istəyir. Bundan əlavə, ABŞ Ukraynanın Ağ Evdəki yeni administrasiya ilə münasibətləri yaxşılaşdırmağa nə dərəcədə ciddi yanaşdığını öyrənmək istəyir.

 

“Sky News:-a istinadən yayılan məlumata görə, Donald Trampın komandası Ukraynanın təkcə 2014-cü il deyil, hətta 2022-ci il sərhədlərinə qayıtmasını da qəti şəkildə istisna edir. Lakin Məlumat Əleyhinə Mübarizə Mərkəzi bu məlumatın həqiqətə uyğun olmadığını bəyan edib.

Tacxeber.com

Oxşar xəbərlər