• 12 Mart 2025 22:46

Ukrayna müharibənin ilk həftələrində Rusiyanın təkliflərini qəbul etsəydi, daha yaxşı vəziyyətdə olardı?

Bəzən belə fikirlərə rast gəlirik ki, Ukrayna müharibənin ilk həftələrində (2022-ci ilin fevral-martında) aparılan danışıqlarda Rusiyanın təkliflərini qəbul etsəydi, daha yaxşı vəziyyətdə olardı.

 

Bunu deyənlər yəqin ki, müharibənin tarixçəsini və Rusiyanın irəli sürdüyü şərtlərin nədən ibarət olduğunu unudub.

 

Belarusda (Qomel, Brest) və Türkiyədə (İstanbul) Rusiyanın ultimativ tələblərini rədd etdikdən sonra Ukrayna təxminən 40 (qırx) min kvadrat kilometr ərazilərini işğaldan azad etdi. Rus ordusu Kiyev və Çerniqov vilayətlərindən; Xerson vilayətinin sağ sahil hissəsindən (Xerson şəhəri də daxil olmaqla); Xarkov vilayətinin işğal olunmuş ərazilərindən; eləcə də Donetsk vilayətinin bir hissəsindən qovuldu.

 

Putinin bədnam təklifləri qəbul olunsaydı, bu böyük ərazilər Rusiyanın nəzarətində qalacaqdı. Ərazilərdən daha vacib olan məqam isə məsələnin siyasi tərəfidir: Ukrayna bu halda Rusiyadan asılı olan yarımmüstəqil, yarımcan dövlətə (failed state) çevriləcəkdi.

 

Bu risk indi də var, Rusiyanın siyasi şərtləri qüvvəsində qalır. Lakin Ukrayna 2022-ci ilin əvvəllərindən daha əlverişli vəziyyətdədir və Rusiyanın ultimatumlarını qəbul etmək zorunda deyil.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər