Media: Mask Trampın nəzarətində olan təşkilata 100 milyon dollar sərmayə qoymağı planlaşdırır
Amerikalı multimilyarder və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) sədri İlon Mask ABŞ prezidenti Donald Trampın nəzarətində olan üçüncü tərəfin siyasi strukturuna 100 milyon dollar sərmayə qoymağı planlaşdırır.
Tacxeber.com bu barədə New York Times-a istinadən xəbər verir. Yayımcının mənbələrinə görə, Mask və Trampın tərəfdaşları son günlər sahibkarın prezidentə bağlı təşkilata ianə vermə planları ilə bağlı danışıqlar aparırlar. Beləliklə, Mask ABŞ prezidentinin xarici strukturuna bu cür böyük siyasi töhfələr verən ilk Ağ Ev əməkdaşı olacaq. Sahibkarın investisiya planlarını həyata keçirib-gerçəyə çevirmədiyi hələlik məlum deyil.