• 13 Mart 2025 02:53

Məşhur uzman həkim rus ədəbiyyatına görə imtahandan kəsilib? – Nazirlik açıqladı

Xəbər verdiyimiz kimi, ötən həftə Təhsildə Keyfiyyət Təminatı Agentliyi ölkəmizdə fəaliyyət göstərən türkiyəli uzman fizioterapevt Musa Kılıçın peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahanda müvafiq keçid balını toplaya bilmədiyini açıqlayıb.

 

Tacxeber.com Ölkə.Az- a istanədən xəbər verir ki, bu da Musa Kılıçın Bakıdakı 7 illik fəaliyyəti ilə bağlı müzakirələrə səbəb olub.

 

Uzman periodontoloq (diş əti mütəxəssisi) Valeh Qəhrəmanov isə sosial şəbəkələrdə iddia edib ki, M.Kılıçın imtahanda keçid balını toplaya bilməməsinin səbəbi nazirliyin 20 il əvvələ aid tibbi ədəbiyyat əsasında sual hazırlamasıdır:

 

“Məsələ burasındadır ki, Səhiyyə Nazirliyinin keçirdiyi sertifikasiya imtahanında 20 il əvvəlki rus ədəbiyyatı əsas götürülür. Hansı ki həmin məlumatlar ya kökündən səhvdir, ya da metodlar köhnəlib və ya dəyişdirilib. Həkim də sertifikasiya imtahanından keçmək xətrinə səhv cavabları əzbərləyib gedib düz kimi işarələməlidir ki, imtahandan keçsin”, – deyə o yazıb.

 

Ölkə.Az sualların köhnə metodlar əsasında hazırlanması iddiaları ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb. Nazirliyin Sertifikasiya Şurasından Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sertifikasiya sual bazası daima yenilənir:

 

“Yenilənmə qanunvericiliyə uyğun olaraq hər il ümumilikdə 20% təşkil edir. Yenilənmə ilə yanaşı sual bazasında öz aktuallığını itirmiş bir sıra suallar çıxarılıb. Lakin təəssüflə qeyd edilməlidir ki, hazırda tibb işçiləri əvvəlki illərdə istifadə edilən, bir çox hallarda isə hazırkı test bazasında mövcud olmayan suallar və ya bu suallar toplusu üzərində hazırlanan tətbiqlərdən istifadə edirlər. Təbii ki, tibb işçiləri bu tətbiqlərdə istifadə edilən və müasir təbabətdə öz aktuallığını itirmiş sualları gördükdə haqlı narazılıqları yaranır.

Sertifikasiya imtahanlarına hazırlaşmaq məqsədilə Sertifikasiya Şurasının saytında test nümunələri qeyd edilib. Bu nümunələrdə ilk növbədə testlərin hazırlanması zamanı istifadə edilən ədəbiyyat göstərilir. Əsas məqsəd tibb işçisinin bu ədəbiyyatı və ya klinik protokolu oxumağa sövq etməkdir.

 

Həmçinin, tibb işçiləri sertifikasiya imtahanlarında onların fikrinə görə, səhv tərtib edilmiş suallara rast gələrlərsə rahatlıqla müvafiq təsdiqedici istinad ədəbiyyatı təqdim etməklə apelyasiya müraciəti edə bilərlər”.

Tacxeber.com

Oxşar xəbərlər