• 13 Mart 2025 03:13

Yekaxanalıq çöküşə aparır.

İngilislərdə belə bir deyim var (İncildən götürülüb): pride comes before a fall (hərfi tərcüməsi – qürur çöküşdən öncə gəlir). Amma əsas mənası isə yekaxanalıq çöküşə aparır deməkdir.

 

Bu gün Tramp və dəstəsi əsrə yaxın Amerika hegemonluğunun sütunlarını dağıdırlar. Bu günə qədər Tramp və dəstəsinə görə Trampı dəstəkləyən ABŞ şirkətlərinin itkisi 209 milyard dollardır. Əlbəttə, bu rəqəmlər sabah dəyişə də bilər, amma əsas problem bu itkilər deyil. ABŞ şirkətlərinə olan güvən sarsılır. Artıq dünyanın hər yerində nəhəng ABŞ şirkətlərindən asılılıq sorğulanır və alternativlər axtarılır. Teslanın səhmləri sürətlə ucuzlaşır və satış sürətlə azalır.

Düşünürəm ki, qısa bir zamanda bu şirkətlər Trampa və onun şilləvuranı Elon Maska qarşı gedə bilərlər. Əks təqdirdə dünya bazarındakı yerini itirə bilərlər. ABŞın özündə “biznes müharibəsi” başlaya bilər. Tramp və Elon sərvətlərin mənbəyinin haradan gəldiyini unudurlar. Qeyd etdiyim kimi, Trampa bu səbəbdən ciddi uğur hekayəsi lazımdır ki, yaratdığı köpüyün ömrünü uzada bilsin. Bu da Ukraynadan gələ bilər. Bu səbəbdən Tramp, Zelenskini küncə sıxmaq üçün bütün imkanlardan istifadə etdi.

 

Nahid Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər