Tramp naxışlı corablarına görə Vensi ələ saldı – VİDEO
ABŞ prezidenti Donald Tramp yonca naxışlı corab geyindiyi üçün vitse-prezident J.D.Vensi ələ salıb.
Tacxeber.com lenta.ru-ya istinadən xəbər verir ki, bu, onların Ağ Evdə İrlandiyanın baş naziri Mixol Martin ilə görüşü zamanı baş verib.
“Bu corabları bəyənirəm. Diqqətimi cəmləməyə çalışırdım, amma vitse-prezidentin corabları məni çox heyran etdi” deyən Tramp gülərək Vensin corabını göstərib.
Xatırladaq ki, yonca İrlandiyanın milli simvollarından biridir.