• 23 Noyabr 2024 00:34

“Vətənə qayıtmağımın bir neçə səbəbi var” – Cavanşir Quliyev

“Vətənə qayıtmağımın bir neçə səbəbi var” – Cavanşir Quliyev

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev 17 il yaşadığı Şimali Kipr Türk Cümhuriyyətindən Azərbaycana köçüb.

Uzun fasilədən sonra vətənə dönən bəstəkar təəssüratlarını Modern.az-la bölüşüb.

Cavanşir Quliyev söyləyib ki, Azərbaycana qayıtmaq qərarını uzun müddət əvvəl verib:

“Harada olsaq da, sonda vətənə dönürük. Əminəm ki, xaricdə yaşayan hər bir vətəndaşımız bir gün vətənə dönmək istəyəcək. Vətənə dönməyimin bir neçə səbəbi var. Orada yaşadığım 17 il ərzində xeyli sayda irihəcmli əsər yazdım. Həmin ölkədə bu əsərləri ifa etmək mümkün deyil, çünki orada nə teatr, nə də orkestr var. Musiqi həyatı demək olar ki, yox dərəcəsindədir. Bu əsərlər isə çalınmaq üçün yazılır. 3 balet, 3 oratoriya və xeyli sayda simfoniya var.

İnsani olaraq da vətən üçün, buranın gərgin həyatı üçün darıxdım. Orada həyat çox sakit idi. Ailəmizdə xəstənin olması Azərbaycana gəlmək səbəblərimdən biri oldu. Qələbədən sonra ölkəmizdə insanların ruh halının yüksəlməsi məni çox sevindirir. Hələ geri dönməyi düşünmürəm”.

Tanınmış bəstəkar hazırda Azərbaycanda olduğuna görə özünü xoşbəxt hiss etdiyini deyib. O bildirib ki, fəaliyyətini vətəndə davam etdirməyi düşünür.

Qeyd edək ki, professor Cavanşir Quliyev uzun illər Şimali Kiprdəki Yaxın Doğu Universitetinin səhnə sənətləri fakültəsinin dekanı vəzifəsində çalışıb.

Tacxeber.az

Oxşar xəbərlər