Həqiqi hərbi xidmətin müddəti ilə bağlı qərar verildi
Müddətli hərbi xidmətinin orta təhsillər üçün 18 aydan 12 aya, ali təhsillilər üçün 12 aydan 6 aya endirilməsi ilə bağlı təklifinin qəbul edilməsi məqsədəmüvafiq hesab edilməyib.
Tacxeber.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.
Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, həqiqi xidmət haqqında qeyd olunan təklifin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin qənaətini nəzərdə tutsa da, bu çox ciddi hərbi-siyasi islahatların aparılmasını şərtləndirir.
Müddətli həqiqi hərbi xidmətin alternativ xidmət haqqında təkliflər insanlar tərəfindən geniş müzakirə olunur və gündəmdədir.