Ramin Dekonun həbs müddəti uzadıldı
Məhkəmə “Meydan TV işi” üzrə saxlanılan Ramin Cəbrayılzadə (Deko) barəsində qərar verib.
Tacxeber.com report-a istinadla xəbər verir ki, Xətai rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində olan həbs qətimkan tədbirinin 3 ay müddətə uzadılması barədə qərar qəbul olunub.
Ramin Cəbrayılzadə qaçaqmalçılıqda ittiham olunur.
Xatırladaq ki, “Meydan tv” işi üzrə Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.
Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.