• 14 Mart 2025 19:59

Tramp da bunu görməli və müvafiq nəticələr çıxarmalıdır.

Putin atəşkəs təklifinə yox deməsə də, şərtlər irəli sürməklə faktiki, yox demiş oldu.

 

Tramp Putinin mövqeyini ümidverici, lakin yarımçıq sayır və ümid edir ki, Rusiya düzgün addım atacaq.

Yəni Putinin mövqeyinin Trampı qane etmədiyini söyləmək mümkündür.

ABŞ və Ukrayna arasında əldə olunan Ciddə razılaşması qeyd-şərtsiz 30 günlük atəşkəsi nəzərdə tutur. Siyasi müzakirələr atəşkəs dövründə başlamalı və qarşılıqlı güzəştlər bu danışıqlarda razılaşdırılmalıdır.

 

Lakin Rusiyanın atəşkəs üçün ön şərt qoyması, üstəlik bu şərtlərin Ukraynanın suverenlik hüquqlarını məhdudlaşdıran məqamlar ehtiva etməsi işğalçının sülh məsələsində səmimi olmadığını bir daha göstərir. Bu, onsuz da aydın idi, önəmli olan Trampın da bunu görməsi və müvafiq nəticələr çıxarmasıdır.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər