Həkimdən şok addım: Qadınları hamilə olduğuna inandırıb pullarını ələ keçirdi – FOTO/VİDEO

Türkiyənin Şırnak şəhərinin Silopi rayonunda qadın xəstəlikləri klinikasında qalmaqallı hadisə baş verib.
Tacxeber.com xəbər verir ki, Türkiyənin tanınmış həkim-ginekoloqu İsmet Besen müayinə üçün gələn qadınları dərman vasitəsilə aldadaraq onların hamilə olduğuna inandırıb.
Belə ki, Besenin xəstələrinə verdiyi dərmanlar hamiləlik testinin nəticələrini aldadaraq qadınların hamilə olmadığı halda hamiləlik testinin nəticəsinin pozitiv görünməsinə səbəb olub.
Bir müddət sonra isə həkim həmin qadınlara uşağın ana bətnində öldüyünü deyərək saxta abort edib və külli miqdarda pullarını alıb.
İddialarla bağlı klinikada araşdırma başladılıb. Aidiyyatı qurumlar hərəkətə keçərək həkimin 12 qadına qarşı dələduzluq etdiyini müəyyən ediblər. Həkim və üç klinika əməkdaşı saxlanılıb. Araşdırmalardan sonra 58 yaşlı həkim İ.Besen həbs edilib, digərləri isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb. Klinikanın fəaliyyəti isə dayandırılıb.
Bundan əlavə, DNT uyğunluğu ilə şübhəlilərin xəstələrə verdiyi döllərin zərərçəkmişlərə aid olmadığı müəyyən edilib. Ekspertiza rəyində Besenin qadınlara müxtəlif dərmanlar verdiyi və bu dərmanların hamiləlik testinə təsir etdiyi təsdiqlənib. Onun gündə təxminən 171 qadını müayinə etdiyi ortaya çıxıb.