• 15 Mart 2025 15:09

Tramp İŞİD liderinin öldürüldüyünü bildirib

ABŞ prezidenti Donald Tramp İraqda İŞİD liderlərindən birinin öldürüldüyünü bildirib. 

 

Tacxeber.com xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.

 

 “Bu gün İraqda İŞİD-in fərari lideri öldürülüb. O, cəsur hərbçilərimiz tərəfindən amansızcasına ovlanıb”, – deyə o yazıb.

 

O, əməliyyatın İraq hökuməti və İraq Kürdüstanının hakimiyyət orqanları ilə birgə həyata keçirildiyini qeyd edib.

 

Bundan əlavə, daha əvvəl İraqın baş naziri Məhəmməd əl-Sudani də məlumat verib.
Onun verdiyi məlumata görə, Əbu Xədicə əl-İraqi kimi tanınan Abdullah Məkki Muslih 2021-ci ilin yanvarından terror təşkilatına rəhbərlik edib.

Tacxeber.com

Oxşar xəbərlər