• 15 Mart 2025 21:03

BMT-dən XƏBƏRDARLIQ: “ChatGPT ciddi problemlər yarada bilər”

“Gələcəkdə meydana çıxa biləcək problemləri indidən həll etmək lazımdır. Süni zəka ilə bağlı aparılan 60 illik araşdırmalar nəticəsində ChatGPT meydana çıxdı. Süni zəka icmaya xidmət edir, bərabərsizliyə qarşı mübarizə aparır, iqlim dəyişikliyi ilə mübarizə aparır, uşaqları müdafiə edir. Süni zəkadan bu istiqamətlərdə məqsədəuyğun istifadə edə bilərik. Süni zəkanın qaranlıq hissəsi də var və biz bundan qorunmalıyıq. Süni zəkanın “qaranlıq sahələrdə” istifadəsi bizim üçün böyük, ciddi problemlər yarada bilər”.

 

Tacxeber.com xəbər verir ki, bunu BMT-nin Baş katibinin köməkçisi Bernardo Maryano XII Qlobal Bakı Forumu çərçivəsində “Yeni Dünya üçün Yeni Texnologiyalar” adlı panel müzakirəsində deyib.

 

O, çıxışında süni intellektin istifadəsindən, idarəsindən və gələcək üçün yarada biləcəyi potensial təhlükələrdən bəhs edib.

 

Baş katibin köməkçisi vurğulayıb ki, əsas məqsəd bütün ölkələrin süni intellektdən istifadə üçün əlçatanlığının təmin edilməsi, yeni texnologiyaların bütün dünyanın səlahiyyətinə verilməsidir. O əlavə edib ki, kimlərinsə süni intellektdən istifadə edərək kiberhücumlar təşkil etməsinə imkan verilməməlidir.

Tacxeber.com

Oxşar xəbərlər