• 15 Mart 2025 21:20

O, 72 il idi ki, “dəmir ağciyər” deyilən aparatda yaşayırdı. Bauna baxmayaraq o, orta və ali təhsil aldı, hətta hüquqçu kimi fəaliyyət göstərirdi.

 

Martın 11-i 2024-cü ildə  Pol Aleksander öldü. O, 72 il idi ki, “dəmir ağciyər” deyilən aparatda yaşayırdı, onu gündə cəmi bir neçə saat tərk edə bilirdi. Buna baxmayaraq o, orta və ali təhsil aldı, hətta hüquqçu kimi fəaliyyət göstərirdi. Ömrünün son illərində kitab da yazdı.

 

Pol 1946-cı ildə ABŞ-ın Dallasda şəhərində anadan olub. Atası Yunanıstan, anası Livan kökənlidir. 6 yaşında poliomelitə yoluxub və boynundan aşağı iflic olub. Onu “Iron lung” deyilən barokameraya yerləşdiriblər. 18 ay xəstəxanada qalandan sonra evə aparılıb.

Onunla məşğul olan fizioterapevt “qlossofaringeal tənəffüs” deyilən üsula alışdırmağa çalışır. Bu üsulla ağıza hava alınır və dilin köməyi ilə ağciyərlərə ötürülür. Bir ildən sonra bu üsulla barokameradan kənarda 3 dəqiqə qala bilir və valideynləri ona küçük alırlar. Üç ildən sonra isə aparatdan kənarda bir neçə saat qalmağı bacarırdı.

 

Pol 13 yaşında distant təhsil almağa başlayır. 21 yaşında bütün fənlərdən əla, biologiyadan yaxşı olmaqla məktəbi bitirir. Bundan sonra əvvəlcə Cənub metodist universitetini, sonra da Texas universitetini bitirir. 38 yaşında hüquq elmləri doktoru olur. 40 yaşında imtahan verərək vəkil kimi fəaliyyətə başlayır.

O, yetərincə fəal həyat tərzi keçirirdi. Restoranlarda, klublarda, diskotekalarda olurdu, səyahət edirdi. Amma yaşa dolduqca aparatdan kənarda keçirə bildiyi vaxt azalırdı. 74 yaşından etibarən isə aparatdan kənarda qala bilmirdi.

 

2020-ci ildə “İt naminə üç dəqiqə. “Dəmir ağciyər”də yaşayan insanın əhvalatı” adlı kitabı çap olundu.

Pol Aleksander 2022-ci ildə “dəmir ağciyər” aparatından ən çox istifadə edən şəxs kimi Ginnesin rekordlar kitabına salındı. 2024-cü il martın 11-də 78 yaşında vəfat etdi.

 

Onun ölümündən sonra “dəmir ağciyər” barokamerasında yaşayan bir nəfər məlumdur – Marta Lillard. Marta 1953-cü ildən sözügedan aparatda yaşayır. Müstəqil tənəffüs funksiyalarını itirən sonrakı xəstələri ağciyərlərin süni tənəffüsü aparatına (solunum cihazı) qoşurlar.

 

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər