• 17 Mart 2025 13:47

“Səbail” klubunun baş məşqçisi Cavid Hüseynov QALMAQALLI müsahibəsindən sonra istefaya göndərildi.

“Səbail”in baş məşqçisi Cavid Hüseynov istefaya göndərilib.

 

Bu haqda klubun yaydığı açıqlamada bildirilib.

Klub mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

 

Qeyd edək ki, bu qərar “Səbail”in bu gün Misli Premyer Liqasının 27-ci turunda “Neftçi”yə məğlubiyyətindən (1:2) sonra verilib.

Həmin oyundan sonra keçirilən mətbuat konfransında C.Hüseynov klubun maddi vəziyyətindən gileylənmiş, tək qaldığını, özlərini yiyəsiz komanda kimi hiss etdiklərini söyləyib.

 

“Səbail” hazırda Premyer Liqada 18 xalla sonuncu yeri tutur və mövsümün sonu yüksək liqanı tərk etməyə əsas namizəddir.

 

Tacxeber.com

Oxşar xəbərlər