Trampın müşaviri Hikmət Hacıyevlə nədən danışıb? – Özü AÇIQLADI
Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsinin razılaşdırılmasından məmnunuq.
Tacxeber.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals “X”dəki səhifəsində yazıb.
“Cənubi Qafqazda münaqişəyə son qoyulmalıdır. Mən bu həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin köməkçisi, cənab Hikmət Hacıyevlə danışdım.
Biz Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsinin razılaşdırılmasından məmnunuq”, – Trampın müşaviri vurğulayıb.