Zelenski: “Rusiya daha bir müharibə həftəsini oğurladı”

Ciddə danışıqları zamanı Ukrayna və ABŞ tərəfləri arasında təsdiqlənən 3 günlük atəşkəs təklifinə baxmayaraq, Rusiya Ukraynadakı müharibənin nizamlanması prosesini təxirə salmaqda davam edir.
Tacxeber.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
“Ciddə danışıqlarından və ABŞ-nin cəbhədə atəşkəs təklifindən sonra Rusiya tərəfi ona lazım olan müharibə həftəsini oğurladı. Biz diplomatiyanın daha da intensivləşməsi üçün hər şeyi edəcəyik. Diplomatiyanın məhsuldar olmasını təmin etmək üçün hər şeyi edəcəyik”, – Zelenski deyib.
O qeyd edib ki, Ukrayna öz müstəqilliyini qorumaq üçün mübarizəni davam etdirəcək.