• 19 Mart 2025 06:38

Əlil qızla cinsi əlaqədə olan saxlanılıb.

Rusiyanın Sankt-Peterburq şəhərində 17 yaşlı əlil qızla cinsi əlaqədə ittiham olunan Azərbaycan vətəndaşı saxlanılıb.

 

Qızı atası azərbaycanlını zərərçəkənin müdafiəsizliyindən istifadə edib onunla cinsi əlaqədə olmaqda ittiham edib.

 

Sankt-Peterburq sakini ötən gecə polisə müraciət edib. O, qızının əvvəllər Maksud adlı ailə tanışı tərəfindən zorlandığını bildirib. Müstəntiqlər müəyyən ediblər ki, 35 yaşlı əcnəbi ilə uşaqlıqdan əlil olan 17 yaşlı qız arasında cinsi əlaqə 2024-2025-ci illər arasında baş verib.

 

Həmin şəxs saxlanılaraq şöbəyə aparılıb. Onun barəsində Rusiya Federasiyasında olma rejiminin pozulması ilə bağlı protokol tərtib edilib (əcnəbi miqrasiya üçün qeydiyyata alınarkən göstərdiyi ünvanda yaşamırdı). Hələlik cinayət işi açılmayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər