Azərbaycan millisi Millətlər Liqasının 2022/23 mövsümündə son səfər matçına çıxıb.
Futbol Azərbaycan Millisi Slovakiyanın qonağı olub və 2:1 hesabı ilə qalib gəlib. Xatırladaq ki, bu komandaların Bakıdakı oyununda Slovakiya millisi 1:0 hesablı qələbə qazanmışdı.
Bu qələbə ilə xalını 7-yə yüksəldən millimiz turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Qrupun digər matçında Qazaxıstan Belarusa 2:1 hesabı ilə qalib gələrək qrup lideri kimi B liqasında vəsiqəni təmin edib.
Qeyd edək ki, Azərbaycan növbəti görüşünü sentyabrın 25-i “Dalğa Arena”da Qazaxıstana qarşı keçirəcək. Oyun saat 20:00-da başlayacaq.
22 sentyabr
Millətlər Liqası, 5-ci tur
C liqası, 3-cü qrup
22:45. Slovakiya – Azərbaycan – 1:2
Qollar: Renat Dadaşov, 44 (0:1), Jirka, 90+3-pen (1:1), Höccət Haqverdi, 90+5 (1:2) Baş hakim: Vilyarm Kallum (Şotlandiya)
Trnava. Anton Malatinski stadionu