Zelenskidən ABŞ-Rusiya danışıqlarına ŞƏRH: “Biz Putinin menyusuna daxil olan salat və kompot deyilik”

“Ukrayna enerji infrastrukturuna hücumların dayandırılması təklifini dəstəkləyəcək”.
Tacxeber.com xəvər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiya liderləri Donald Trampla Vladimir Putinin telefon danışığına dair açıqlamasında deyib.
“Biz həmişə enerji sektoruna heç bir silahla hücum etməmək mövqeyimizi saxlamışıq. Əgər Rusiya enerji sektorumuza hücum etsə, biz susmayacağıq – cavab verəcəyik”, – Zelenski əlavə edib.
O bildirib ki, Putinlə söhbətindən sonra hələ Trampla danışmayıb, lakin Amerika liderinin zənginə ümid edir.