Trampdan qərar: 43 ölkə vətəndaşı ABŞ-yə girə bilməyəcək – SİYAHI

ABŞ Prezidenti Donald Trampın səyahət qadağası və ya məhdudiyyətlər tətbiq edəcəyi ölkələrin siyahısı üzə çıxıb.
Tacxeber.com xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, Tramp administrasiyası 43 ölkə vətəndaşları üçün ətraflı səyahət məhdudiyyətləri və ya səyahət qadağaları tətbiq etməyi düşünür.
Həmin siyahı belədir:
Qırmızı kateqoriya – Əfqanıstan, Butan, Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela, Yəmən. Bu ölkə vətəndaşlarının ABŞ-a səfəri qəti qadağandır.
Narıncı kateqoriya – Belarusiya, Eritreya, Haiti, Laos, Myanma, Pakistan, Rusiya, Sierra Leon, Cənubi Sudan, Türkmənistan. Onların ABŞ-a səyahətini məhdudlaşdırmaq istənilib. Bu kontekstdə vətəndaşların ölkəyə yalnız işgüzar səfərlər üçün daxil olmasına icazə veriləcək. Turist və ya immiqrant vizası olanlar qəbul edilməyəcək.
Sarı kateqoriya – Anqola, Antiqua və Barbuda, Benin, Burkina Faso, Kamboca, Kamerun, Kabo Verde adaları, Çad, Konqo Demokratik Respublikası, Konqo, Dominika, Ekvatorial Qvineya, Qambiya, Liberiya, Malavi, Maliyyə, Mavritaniya, Saint Kitts və Nevis, Saint Lusia, Sao Tome və Prinsipi, Vanuatu, Zimbabve. Sözügedən ölkələrə “nöqsanlarını” tamamlamaq üçün 60 gün veriləcəyi və buna əməl etmədikləri təqdirdə başqa qruplara yerləşdiriləcəyi bildirilib.