ABŞ Federal Hakimi USAID-in bağlanmasını dayandırdı…
Federal hakim Tramp administrasiyasının ABŞ Beynəlxalq İnkişaf Agentliyini bağlamaq üçün əlavə addımlar atmasına mane olub.
“Mignews” nəşrinin yaydığına görə, çərşənbə axşamı, martın 18-də hakim Teodor Çuan Trampın müttəfiqi İlon Maskın Hökumətin Səmərəliliyi Departamentinin (“Doge”) rəhbərliyi altında USAİD-in bağlanması səylərinin ABŞ Konstitusiyasını “müxtəlif yollarla” pozduğunu bəyan edib.
Çuan “Doge”-yə məzuniyyətdə olanlar da daxil olmaqla, USAID-in əməkdaşlarına kompüter və ödəniş sistemlərinə girişi bərpa etməyi əmr edib.
Hakim həmçinin USAİD-in ixtisarlarının dayandırılması barədə qərar verib, lakin əvvəllər məzuniyyətə buraxılmış işçilərin bərpasına göstəriş verməyib. (Moderator)