Mariya Zaxarova Vladimir Putin və Donald Tramp arasındakı telefon danışıqları barədə: ABŞ və Rusiya “xokkey oynayır”
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında son telefon danışığının “xokkey şaybası” olduğunu bildirib. Onun sözlərinə görə, bu şayba indi “oyundadır”.
“Avropa İttifaqı “top Moskvanın meydançasındadır” deyə təkrar edir. Məlum olur ki, bu, “xokkey şaybası”dır və o, indi oyundadır” yazıb.