• 23 Noyabr 2024 04:56

Rusların Qərbə QAÇIŞ MARŞRUTU: Sərhəd iflic oldu…

Rusların Qərbə QAÇIŞ MARŞRUTU: Sərhəd iflic oldu…

Gürcüstanla sərhəddə Rusiya vətəndaşlarının altı kilometrlik növbəsi yaranıb. Son 24 saat ərzində sərhəd-keçid məntəqəsi iflic vəziyyətə düşüb.

Sentyabr 21-i Rusiyada səfərbərlik elan edilməsindən sonra ölkədən quru yolu ilə qaçmağa çalışanlar əsasən Gürcüstanı üzərindən keçməklə Avropa ölkələrinə üstünlük verirlər.

Rusiyanın Gürcüstanla sərhəddə yerləşən “Lars” sərhəd-keçid məntəqəsində rus vətəndaşların bəziləri növbə və tixac məcburiyyətindən avtomobillərində gecələməli olurlar.

Məlumata görə, hazırda bölgədə sərhəd nəzarəti gücləndirilib, bir vətəndaşın sənədlərini yoxlamaq üçün ən azı üç saat tələb olunur. Müvafiq müddət bundan əvvəl 7 saat idi.

Rusiya vətəndaşlarının sözlərinə görə, sərhəddə onlardan standart suallara yeni sual əlavə edilib:

“Komissarlıqdan çağırış almısınızmı?”.

Bu sənədi alanlar geri qaytarılır və Gürcüstan ərazisinə keçməyə icazə verilmir.

Digər tərəfdən isə avtomobillərin 6 kilometrlik növbəsi səbəbindən Rusiya vətəndaşları sərhədi piyada keçməyə çalışır.

Məlumata görə, Tbilisi və Batumi Rusiya vətəndaşlarının qalmaq niyyətində olduqları iki şəhərdir.

Bəziləri isə həmişəlik Avropa ölkələrinə köçməyə hazırlaşır.

Bildirilir ki, Rusiya vətəndaşlarına xidmət göstərən vasitəçilər artıq kirayə verilən mənzillərin qiymətini azı yüz dollar qaldırıblar. /Publika.az

Tural Turan

Tacxeber.az

Oxşar xəbərlər