Daha bir ölkə Ukraynaya qoşun göndərməyə HAZIRDIR

“Litva Ukraynaya qoşun göndərməyə hazıdır, lakin digər Avropa ölkələrindən də Kiyevə “dəstək vermək” öhdəliyi olmalıdır” .
Tacxeber.com xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda Bloomberg agentliyinə müsahibəsində bildirib.
“Ölkəm lazımi dəstəyi verməyə hazırdır. Söhbət hərbi qüvvələrimizin çox konkret saylarından gedir, lakin bu koalisiyanın bütün ölkələrindən dəstəyi təmin etmək öhdəliyi olmalıdır”, – o vurğulayıb.