Dünyanın ən güclü pasportları: Azərbaycan reytinq cədvəlində neçənci yerdədir?
Azərbaycan dünyanın ən güclü pasportları reytinqində 70-ci yeri (70 istiqamətə vizasız gediş-gəliş) tutub.
Tacxeber.com xəbər verir ki, Ermənistan bu sıralamada ötən illə müqayisədə mövqeyini bir sətir yaxşılaşdıraraq 73-cü yeri tutub.
“Henley & Partners”in reytinqinə əsasən, Gürcüstan 45-ci (122 istiqamətə vizasız gediş-gəliş) pillədə qərarlaşıb.