Tramp bu ölkələri düşməndən də betər adlandırdı: “45 ildir qarət edirlər”

“Avropa İttifaqı (Aİ) ABŞ-ı qarət edib və ona qarşı düşmənlərdən də pis olub”.
Tacxeber.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Newsmax”a müsahibəsində deyib.
Trampın sözlərinə görə, Aİ-nin bir sıra ölkələri ABŞ-ı 45 ildir ki, zəif olduğu vaxtda tək qoyur. O əlavə edib ki, Çin də eyni şəkildə davranıb.
Ölkə başçısı Amerikanın milli borcunun 36 trilyon dollardan çox olmasının səbəbi kimi məhz bunu görür.