Avropa ölkələri Ukraynaya qoşun göndərmək istəmir – KİV

Avropa ölkələri Ukraynaya qoşun göndərmək istəmir və dəstək üçün alternativ variantlar axtarmaq niyyətindədirlər.
Tacxeber.com xəbər verir ki, bu barədə “Reuters” Aİ-dəki mənbələrə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, Ukrayna daha yaxşı vəziyyətdə olanda Avropa kontingentinin göndərilməsi ideyası cəlbedici görünürdü.
Mənbələr həmçinin əlavə edib ki, kontingentin göndərilməsi Rusiyanın sərt müqaviməti və geniş logistika zəncirləri ilə əngəllənir.