“Ənvər Həsənov o cür dəfnə layiq idimi?” – Rza Rzayev – VİDEO

Ola bilər ki, İncəsənət Universitetində təhsili keyfiyyəti o qədər də yüksək deyil. Ancaq təməl prinsipləri bilən yetərincə mütəxəssisimiz var.
Tacxeber.com xəbər verir ki, bu sözləri tanınmış aktyor, rejissor Rza Rzayev (Drakon) Axar TV-yə geniş müsahibəsində deyib.
“Bu gün Azərbaycanda Vaqif Mustafayev, Yavər Rzayev, Ramiz Fətəliyev, Ramiz Rövşən, Anar və s. kimi insanlardan kim istifadə etmək istəyir ki! Hamının fikri xaricdədir. Çünki xaricdən gələnlərə bu cəmiyyətdə daha çox qiymət verirlər. Bu da rus imperiyasının bizdə yaratdığı təfəkkürdür və biz bundan tədricən xilas olacağıq”, – o bildirib.
R.Rzayev xatırladıb ki, hər kəsin sevə-sevə baxdığı filmlərdə gözəl obrazlar yaradan Ənvər Həsənov bu yaxınlarda dünyasını dəyişdi: