Çin insan yerinə robot istehsalına keçir: “Səhər yeməyi istəmir, maaş almır, 24/7 işləyir…”


Tacxeber.com Musavat.com-a əsasən xəbər verir ki, Çin süni intellekt və robototexnika sahəsində yeni mərhələyə qədəm qoyub.
Ölkədə insanabənzər robotların sənaye müəssisələrində insan işçilər əvəzinə işləməsi istiqamətində sürətli inkişaf gedir. Zavodlar, anbarlar və istehsal xətləri artıq robotlarla təchiz olunmağa başlayıb. Bu texnoloji sıçrayış istehsalatın məhsuldarlığını görünməmiş səviyyəyə çatdırmaq potensialına malikdir.
Təsəvvür edin – bir işçi ki, nə içməyə, nə yeməyə ehtiyac duyur, əmək haqqı istəmir, 24 saat fasiləsiz işləyə bilir. Üstəlik, bu robotlar öz-özünə öyrənmə bacarığına malikdir, yəni təcrübə qazandıqca daha da effektiv olurlar.
Hazırda bu elmi-fantastik səslənən reallıq gözümüz önündə baş verir. ABŞ və Çin bu sahədə demək olar ki, baş-başadır, texnologiya yarışı isə daha da qızışır. Digər ölkələr isə “bir neçə ukraynalı kənd” uğrunda mübarizə apararkən, dünya artıq başqa istiqamətə – yüksək texnoloji rəqabət mərhələsinə qədəm qoyur.