CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan iki saniyə tez qurtarsaydı, ……”

CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan”…
“Erməni atan iki saniyə tez qurtarsaydı, dünyaya gəlməzdin, Öcalan! İnşallah bu sənin son doğum günündür, satqın”.
Bolu bələdiyyə başqanı Tanju Özcan CHP üzvüdür. O, sosial media üzərindən belə bir status paylaşıb.
Onun bu statusu ciddi mübahisələrə səbəb olub. Belə ki, bəziləri onu irqçi adlandırıb.
Buna cavab olaraq Tanju Özcan yeni bir status paylaşıb: “Ey PKK sevdalıları və ona rəğbət bəsləyənlər, statuslarıma şərh yazmayın. Türkiyə “Nə mutlu türkəm deyənlərindir”…
Xatırladım ki, Ankara Böyükşəhər Bələdiyyəsinin başqanı Mənsur Yavaş son çıxışlarının birində PKK bayraqlarını “cır-cındır” adlandırmışdı. CHP başqanı Özgür Özel Mənsur bəyin bu ifadəsinə görə üzr istəməli oldu. Tanju Özcan isə bir statusunda həm separatçı PKK-nı, həm də erməniləri yerdən yerə vurub. Özgür Özel bu dəfədəmi üzr istəməli olacaq?