• 19 Aprel 2025 06:51

Dərman qaçaqmalçılığının himayədarı olan gömrükçülər həbs edilib.

Dərman qaçaqmalçılığının himayədarı olan gömrükçülər həbs edilib.

 

Bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsinin birgə yaydığı məlumatda bildirilib.

 

Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməliyyat müvəkkili Hidayət Məmmədov və həmin şöbəyə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin inspektoru Bayram Məmmədovun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Haysuf Hacıyevin idarə etdiyi dərman vasitələri və digər mallarla yüklü nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisinə gömrük nəzarətindən kənar keçirilməsini təmin etmək müqabilində onlara müraciət etmiş vətəndaş Arzu Abdullayevdən rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

 

İlkin sübutlar əsasında Hidayət Məmmədov, Bayram Məmmədov, Arzu Abdullayev və Haysuf Hacıyev qabaqcadan əlbir olaraq qaçaqmalçılıq, rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə və dərman vasitələrinin qanunsuz dövriyyəsi ittihamları ilə təqsirləndirilirlər. (MeydanTv)

 

Tacxeber.com

Oxşar xəbərlər