• 19 Aprel 2025 07:40

Çin NATO-nu Qara dənizdən sıxışdırıb çıxarmağı planlaşdırır

Çin Qara dənizdəki mövqeyini gücləndirməyi, NATO-nun strateji sularda təsirini azaltmağı və son nəticədə Alyansı oradan sıxışdırıb çıxarmağı planlaşdırır.

 

Tacxeber.com bildirir ki, bu barədə aprelin 8-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Telegram-da yazıb. Onun sözlərinə görə, Gürcüstan ABŞ-ı layihədən kənarlaşdıraraq, strateji əhəmiyyətli Ankalia dərin su limanının tikintisini Çin şirkətlərinə verib. Bu liman Rusiyanın Oçamçira hərbi bazasından 30 km aralıda yerləşir. Pekin “yüz milyonlarla dollar sərmayə qoyur və səhmlərin demək olar ki, yarısını alır” deyən Kovalenko limanları “geosiyasi rıçaq” adlandırıb. “Çin artıq Potidə mövcuddur, Batumiyə daxil olur, Ermənistanda layihələri irəli sürür və Abxaziyada logistikaya nəzarət edir. Gürcüstan hökuməti infrastrukturda “Huawei”nin yer aldığı, “xaricilərə qarşı” qanunlar və s. ilə Çin idarəetmə modelinə getdikcə inteqrasiya edir”, – CPD rəhbəri yazıb.

 

O, həmçinin Çinin Qara dəniz istiqamətində ekspansiyasını “Alyans üçün siqnal” adlandırıb, çünki Pekin Arktika və Ukraynadan yan keçməklə birbaşa Avropaya daha çox çıxış əldə edə biləcək. “Si Cinpinin strategiyası sadədir: NATO-nu Qara dənizin şərq hissəsindən sıxışdırıb çıxarmaq, Rusiya və Türkiyənin iştirakı olmadan Avropaya alternativ marşrut qurmaq və mülki obyektlər adı altında Çinin hərbi-logistika şəbəkəsini genişləndirmək”, – Kovalenko qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər