Putinlə generallar arasında gərginlik- Buna icazə vermədi
Rusiya prezidenti Vladimir Putin yerdəki komandirlərin xahişlərinə baxmayaraq, rus hərbçilərinin Xersondan geri çəkilməsinə icazə verməyib və hazırda Ukraynaya qarşı müharibənin strateji planlaşdırılması ilə şəxsən məşğul olur. Bu məsələ Rusiya Federasiyasının rəhbərliyi və yüksək səviyyəli hərbçilər arasında gərginliyə səbəb olub.